Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2022 08:02
Rusiyanın yerli hakimiyyət orqanları Moskva ərazisində "qismən səfərbərliy"in vaxtından əvvəl dayandırılması ilə bağlı bəyanatlar versələr də, proses hələ də davam edir.
Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi xəbər verir.
Qeyd edilir ki, Moskva meri Sergey Sobyaninin "qismən səfərbərliy"in başa çatması ilə bağlı açıq bəyanatlarına baxmayaraq, yaşayış və iş yeri üzrə hərbi xidmətə cəlb olunanlara çağırış vərəqələrinin verilməsi davam edir.
Bildirilir ki, indi Rusiya hakimiyyəti müstəsna olaraq "səyyar səfərbərlik məntəqələri"nin işini və ictimai yerlərdə hərbi xidmət keçməli olan şəxslərə qarşı "reyd"lər praktikasını dayandırıb.
Eyni zamanda, jurnalistlərə bu mövzunu işıqlandırmaq qadağan edilib.
Kəşfiyyat məlumatlarına görə, hazırda Moskva vilayətindəki poliqonlarda səfərbər edilmiş hərbçilərin hazırlığı davam edir. Hazırlıqdan sonra bölmələrin Ukraynadakı müharibəyə göndərilməsi planlaşdırılır.