Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabah hava yağışlı olacaq - PROQNOZ

Sabah hava yağışlı olacaq - PROQNOZ

Tarix: 25 Oktyabr 2022 13:06

Oktyabrın 26-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-19° isti, Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

Milli.Az


Etiketlər:  Sabah hava yağışlı olacaq PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ