Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2019 16:21
Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan 2020-ci ilin ortalarında bərpa olunan enerji mənbələri üzrə hərraclar keçirməyə başlayacaq.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Rusiya enerji həftəsi” forumu çərçivəsində deyib.
Nazir bildirib ki, Azərbaycan neft və qaz tədarükçüsü olmaqla bərpa olunan enerji mənbələrinin inkişafı üzərində işləyir:
“Bu yaxınlarda biz yeni qanun layihəsi hazırlamışıq. Bu ilin sonunadək layihə qəbul olunacaq. Gələn ilin ortalarınadək biz bərpa olunan enerji mənbələri üzrə hərraclar keçirməyə başlayacağıq”.
P.Şahbazov forum iştirakçılarını hərraclarda iştirak etməyə dəvət edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin