Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2022 23:08
Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tur start götürüb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 oyun keçirilir.
E qrupunda "Çelsi" (İngiltərə) səfərdə "Zalsburq"a (Avstriya) 2:1 hesabı ilə qalib gələrək 1/8 finala vəsiqəni təmin edib. Qrupun digər matçında Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su evdə "Milan"ı (İtaliya) qəbul edəcək.
F qrupunda "Leyptsiq" Almaniyada "Real"ı (İspaniya) məğlub etsə, qrup 2-cisi kimi pley-offa adlaya bilər. Bunun üçün həm də "Şaxtyor" (Donetsk, Ukrayna) Şotlandiyada "Seltik"ə uduzmalıdır.
G qrupunda Danimarka "Kopenhagen"i "Sevilya" ilə İspaniyadakı görüşdə 0:3 hesabı ilə uduzb və qrupda qalacağı dəqiqləşib. Bu qrupun digər matçında Dortmund "Borussiya"sı evdə "Mançester Siti" ilə qarşılaşacaq.
H qrupunda isə PSJ (Fransa) və "Benfika" (Portuqaliya) 1/8 finalın 1 addımlığındadır. Paris klubu evdə İsrailin "Makkabi" (Hayfa) komandasına, Lissabon təmsilçisi isə İtaliya "Yuventus"una məğlub olmasa, 1/8 finala vəsiqə qazanacaq.
Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya", İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları pley-off vəsiqəni təmin ediblər.
Çempionlar Liqası, qrup mərhələsi, 5-ci tur
25 oktyabr
E qrupu
20:45. "Zalsburq" (Avstriya) - "Çelsi" (İngiltərə) - 1:2
Qollar: Kovaçiç, 23 (0:1), Adamu, 49 (1:1), Havertz, 64 (1:2)
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Milan" (İtaliya)
Xallar: "Çelsi" - 10, (5 oyun) "Zaltsburq" - 6,(5 oyun) "Milan" - 4, (4 oyun) "Dinamo" - 4 (4 oyun)
F qrupu
23:00. "Seltik" (Şotlandiya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
23:00. "Leyptsiq" (Almaniya) - "Real" (İspaniya)
Xallar: "Real" - 10, "Leyptsiq" - 6, "Şaxtyor" - 5, "Seltik" - 1
G qrupu
20:45. "Sevilya" (İspaniya) - "Kopenhagen" (Danimarka) - 3:0
Qollar: En Nesiri, 61, İsko, 88, Montiel, 90+2
23:00."Borussiya" (Dortmund, Almaniya) - "Mançester Siti" (İngiltərə)
Xallar: "Mançester Siti" - 10, (4 oyun) "Borussiya" - 7, (4 oyun) "Sevilya" - 5, (5 oyun) "Kopenhagen" - 2 (5 oyun)
H qrupu
23:00. PSJ (Fransa) - "Makkabi" (Hayfa, İsrail)
23:00. "Benfika" (Portuqaliya) - "Yuventus" (İtaliya)
Xallar: PSJ - 8, "Benfika" - 8, "Yuventus" - 3, "Makkabi" - 3
26 oktyabr
A qrupu
23:00. "Ayaks" (Niderland) - "Liverpul" (İngiltərə)
23:00. "Napoli" (İtaliya) - "Reyncers" (Şotlandiya)
Xallar: "Napoli" - 12, "Liverpul" - 9, "Ayaks" - 3, "Reyncers" - 0.
B qrupu
20:45. "Brügge" (Belçika) - "Portu" (Portuqaliya)
23:00. "Atletiko" (İspaniya) - "Bayer" (Leverkuzzen, Almaniya)
Xallar: "Brügge" - 10, "Portu" - 6, "Atletiko" - 4, "Bayer" - 3.
C qrupu
20:45. "İnter" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya)
23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)
Xallar: "Bavariya" - 12, "İnter" - 7, "Barselona" - 4, "Viktoriya" - 0.
D qrupu
23:00. "Ayntraxt" (Almaniya) - "Marsel" (Fransa)
23:00. "Tottenhem" (İngiltərə) - "Sportinq" (Portuqaliya)
Xallar: "Tottenhem" - 7, "Marsel" - 6, "Sportinq" - 6, "Ayntraxt" - 4.