Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Komedixana''nın aktyoru 25 kq arıqlayıb belə oldu - VİDEO - FOTO

''Komedixana''nın aktyoru 25 kq arıqlayıb belə oldu - VİDEO - FOTO

Tarix: 26 Oktyabr 2022 04:25

Aktyor Həsrət Həsrətov xarici görünüşü ilə diqqət çəkib.

Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, "Komedixana" layihəsindən sevilən aktyor 25 kiloqram arıqlayaraq artıq çəkilərindən xilas olduğunu bildirib.

Xarici görünüşündəki dəyişikliklə bağlı açıqlama verən aktyor, bu çəkini iki ay müddətində atdığını deyib:

"Çəkim 135 kiloqram idi. 25 kiloqram arıqlamışam. Hazırda isə 110 kiloqramam və yenə də arıqlamağa davam edirəm. İki ay yarım olar bu qədər çəki ata bildim".

Həsrət Həsrətov artıq sağlıqlı şəkildə qidalandığını, un və şirniyyat məmulatlarından demək olar ki, imtina etdiyini vurğulayıb:

"İdman və pəhriz sayəsində arqılamağa başladım. Artıq çəki atmağımda pəhriz daha çox rol oynadı deyərdim. Şirniyyat yeməyi tamamilə dayandırdım. Demək olar ki, çörək də yemirəm. Axşamlar çalışıram az qidalanım. Bütün qazlı və enerji içkilərindən imtina etmişəm. Sağlam olmaq üçün onların əvəzinə daha çox adi suya üstünlük verirəm.

Tanınmış aktyor pəhrizlə yanaşı, müntəzəm olaraq idmanla məşğul olaraq 25 kiloqram arıqladığını qeyd edib:

Hər gün yürüşə çıxıram. İdman da arıqlamağıma kömək etdi. Fitnesə gedirdim. Orada əsasən qaçış trenajorundan istifadə edirdim. Bütün bunları hər gün qaydalı şəkildə etdiyimdən yaxşı nəticə oldu. Bundan sonra da bu cür sağlıqlı həyat tərzinə davam edirəm".


Etiketlər:  Komedixananın aktyoru arıqlayıb belə oldu VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ