Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xatunun evində toy olacaq

Xatunun evində toy olacaq

Tarix: 26 Oktyabr 2022 14:15

Müğənni Xatun Əliyeva toya hazırlaşır. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi oğlu Adilin toyuna hazırlaşır. Məclis noyabrda keçiriləcək. 

İfaçı toya sənət dostlarını da dəvət edib. Bu haqda Xatun aparıcı Elgiz Əkbərin paylaşdığı videoda deyib. 

"Birlikdə universitetdə oxuyublar. Xanım başqa, Adil başqa fakültədə idi. Beş ildir bir-birilərini sevirlər. Son iki ildə bilmişəm sevgilərini. Yaşları da eynidir - 25. Savadlı, tərbiyəli baladır. Üstndə dava idi, biz aldıq. Əsas odur ki, sevgisini gözləyib, ailəmizə sevinc qatdı" deyə, Xatun söyləyib. 

Qeyd edək ki, Xatunun oğlunun nişan xəbəri yayda yayılmışdı. 

Milli.Az


Etiketlər:  Xatunun evində toy olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ