Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Material var, amma iş görülmür - Bu binanın istilik sistemi niyə təmir olunmur? - VİDEO

Material var, amma iş görülmür - Bu binanın istilik sistemi niyə təmir olunmur? - VİDEO

Tarix: 26 Oktyabr 2022 16:50

Bakıda mərkəzi itsilik isistemi sıradan çıxan binada nəzərdə tutulan təmir işləri hələ də başlamayıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən bina 97-dən gedir.

Təmir üçün gətirilmiş borular və digər avadanlıqlar necə var, elə də qalıb.

Sakinlərin deyirlər ki, əraziyə aidiyyəti qurum tərəfindən təmir üçün lazım olan avadanlıqlar bir aya yaxındır ki, gətirilib. Onların sözlərinə görə ''Azəristiliktəchizat'' ASC-nin rəhbərliyi tərəfindən binaya baxış keçirilib və işlərin ən qısa müddətdə yekunlaşdırılması ilə bağlı göstəriş verilib. Amma problem hələ də həllini tapmayıb.

Sakinlər qış aylarında tez-tez istilik problemi ilə üzləşdiklərini deyirlər. Onlar evlərini isitmək üçün elektrik sobalarından istifadə etmək məcburiyyətində qalırlar.

Məsələ ilə bağlı ''Azəristliktəchizat'' ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, binanın zirzəmisindəki mövcud vəziyyət təmir işlərinin aparılmasına imkan vermir.

O əlavə edib ki, indiki vəziyyətdə sözügedən binada təmir işləri aparılsa belə, istilik sistemi bir müddətdən sonra yenidən sıradan çıxa bilər. İndi sakinləri bir sual düşündürür, zirzəmi hansı qurum tərəfindən və nə zaman təmizlənəcək?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Material var amma görülmür Bu binanın istilik sistemi niyə təmir olunmur VİDEO


RƏYLƏR