Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oktyabrın müavinət, təqaüd, ünvanlı yardımları ödənildi

Oktyabrın müavinət, təqaüd, ünvanlı yardımları ödənildi

Tarix: 26 Oktyabr 2022 19:36

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.

Nazirlikdən verilən xəbərə görə, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl, oktyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, oktyabrın 14-də isə ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.

Beləliklə, bütün sosial təminat növləri üzrə oktyabr ayının ödənişləri bu gün yekunlaşıb.

Milli.Az


Etiketlər:  Oktyabrın müavinət təqaüd ünvanlı yardımları ödənildi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR