Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2022 21:58
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Fransanın "Nant" komandasına qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Rəqibin heyətində yaxşı futbolçular var. Amma biz öz oyunumuza fokuslanmışıq. Dolu tribunalar qarşısında oynamaq xoşumuza gəlir. İnanıram ki, Bakıya ən yaxşı nəticə ilə dönəcəyik".
Sabah keçiriləcək "Nant" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.