Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2019 19:12
Bakı. Trend:
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Trend-in məlumatına görə, iddiaçıların tərkibi qrup mərhələsinin II tur qarşılaşmalarının yekunu əsasında müəyyənləşib.
Siyahıya Almaniyanın "Borussiya" (Dortmund) komandasının müdafiəçisi Əşrəf Hakimi, "Bavariya"nın yarımmüdafiəçisi Serj Qnabri, İspaniya "Barselona"sının hücumçusu Luis Suares və Belçika "Anderlext"inin forvardı Emmanuel Denis düşüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin