Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2022 20:14
Sankt-Peterburqda FSB əməkdaşları Daxili İşlər Nazirliyinin polkovnik-leytenantını rüşvət almaqda şübhəli bilirək saxlayıblar.
Sonxeber.net bildirir ki, bu barədə 78.ru məlumat yayıb.
Polis oktyabrın 25-i axşam saatlarında metronun "Novoçerkasskaya" stansiyasının yaxınlığında cinayət başında yaxalanıb. Hüquq-mühafizə orqanlarının nəzarətində olan iş adamı ona 1 milyon rubl verib. Pul mükafatı üçün polkovnik-leytenant ona daşınmaz əmlak əməliyyatında himayədarlığını vəd edib.
Polkovnik-leytenant 43-cü ad günündə saxlanılıb, Fontanka qeyd edib. Cinayət işinin başlanması məsələsi həll olunur.
İrfan Vəliyev