Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada LGBT təbliğatına qadağa qoyan qanun layihəsi qəbul edildi

Rusiyada LGBT təbliğatına qadağa qoyan qanun layihəsi qəbul edildi

Tarix: 28 Oktyabr 2022 10:46

Rusiya Dövlət Duması qeyri-ənənəvi cinsi münasibətlərin ölkədə, o cümlədən KİV-də, internetdə, reklamda, ədəbiyyatda və kinoda təbliğatının qadağan edilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Nümayəndələr Palatasının spikeri Vyaçeslav Volodin də daxil olmaqla 400-ə yaxın Dövlət Dumasının deputatı LGBT təbliğatını qadağan edən qanun layihəsini dəstəkləyib.

Sənəd qeyri-ənənəvi münasibətlərin, pedofiliyanın təbliğatının, həmçinin LGBT-lər haqqında məlumatların yayılmasının qadağan edilməsini nəzərdə tutur. İnternetdə, mediada, kitablarda, audiovizual xidmətlərdə, kinoda və reklamda yeniyetmələr arasında cinsiyyət dəyişikliyi çağırışlarının qadağan edilməsi də açıq şəkildə ifadə olunub.


Etiketlər:  Rusiyada LGBT təbliğatına qadağa qoyan qanun layihəsi qəbul edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ