Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2019 22:24
İtaliya yığmasının və “Yuventus”un sabiq yarımmüdafiəçisi Klaudio Markizio karyerasını başa vurub.
Qol.az xəbər verir ki, o, 33 yaşında futboldan getməyə qərar verib. Markizio qərarını sosial media hesabında yaydığı açıqlaması ilə bildirib:
“Futbolçu olmaq istəyən kiçik uşağa söz vermişdim, meydana çıxdığım zaman özümü möhtəşəm hiss etdiyim müddətdə oynayacaqdım. Artıq sözümə əməl edə bilmirəm. Bu üzdən də futbolu buraxıram”.
Qeyd edək ki, “Yuventus”un yetirməsi olan Markizio 25 ilini Turin klubunda keçirib. Yeddi dəfə İtaliya çempionu olan Markizio 3 dəfə ölkə kuboku, 4 dəfə Superkubokunu qazanıb.