Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Toppuş bacı” adını mənə Dilarə Əliyeva verdi, Zaur Baxşəliyevə isə ömür boyu...”

“Toppuş bacı” adını mənə Dilarə Əliyeva verdi, Zaur Baxşəliyevə isə ömür boyu...”

Tarix: 29 Oktyabr 2022 17:25

"Teatrda çalışmaq gözəldir. Vaxt var idi ki, işlərimə görə teatrda çalışa bilmirdim, indi isə çalışıram. Teatr bir məbəddir. Ordan aldığını, qazandığını bölə bilirsən. Bu filmdə bir az, o biri serialda bir az paylayırsan".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Tünzalə Əliyeva deyib. O daha sonra həyatında yaşadığı çətinliklərdən danışıb.

"Həyatda nə qazanmışamsa atamın, anamın sayəsində olub. O vaxt tələbə olanda çətin günlər idi, atam iki növbə iş yerində çalışırdı ki, ailəni dolandıra bilsin. Özüm də bir çox işlərdə çalışırdım. Ümumiyyətlə insanın həyatında iz qoyan şəxslər var. Mən Zaur Baxşəliyevə ömür boyu borclu olacağam. Mənə həddindən artıq böyük dəstək olub. Yenidən efirə, televiziyaya, seriala qayıtmağıma görə Dilarə Əliyevaya borcluyam. "Toppuş bacı" adını da mənə Dilarə Əliyeva verib. Yadımdadır, iclas idi, mənə bir ad lazım idi. O dedi ki, qoy "Toppuş bacı" olsun. Sənət aləmində heç vaxt kiminləsə münasibətim pozulmayıb. Mən ümumiyyətlə sənət adamlarına, öz ayağı üstündə duran şəxslərə böyük hörmət bəsləyirəm" deyə aktrisa bildirib.

Sənətçi qızı Fatimədən, həyat yoldaşı Royaldan da danışıb.

"Qızım daha çox atasına bağlıdır. Çünki onunla daha çox vaxt keçirdi. 2 yaşından baxça olanda baxçada olub, olmayanda Royalla birlikdə olub. Gecə saatlarına qədər ximya qəbul edəndə atası ilə qalırdı. Həyat yoldaşım mənim üçün əsl dostdur. Bu dünyada onu mənə əvəz edən ikinci adam olmadı. Bəzən həyat yoldaşları şikayətlənir ki, övlad olandan sonra sevgi daha çox ona keçir. Amma bizdə heç vaxt belə olmayıb. Aramızda 15 il yaş fərqimiz var, amma mən yenə də ona böyük kimi baxıram. Mənə hər zaman deyir ki, nə olursa olsun, hər şey yaxşı olacaq. O ağrıları ki, mən keçirmişəm, ondan başqa mənə heç kim dözməzdi, Royal dözüb" deyə sənətçi bildirib.


Etiketlər:  Toppuş bacı adını mənə Dilarə Əliyeva verdi Zaur Baxşəliyevə isə ömür boyu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ