Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda etirazçılar SEPAH-ın bankını yandırdı - VİDEO

İranda etirazçılar SEPAH-ın bankını yandırdı - VİDEO

Tarix: 29 Oktyabr 2022 18:18

Məşhədli gənc etirazçılar ötən gecə şəhərdə yerləşən İran İnqilabının Keşikçiləri Korpusuna məxsus "SEPAH" bankına qumbara ataraq od vurublar. 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, məşhəd sakinləri etiraz edən gənclərin bu addımına çox seviniblər. 

Qeyd edək ki, son günlər ölkədə hakimiyyət əleyhinə qiyamın davam etməsi ilə xalqa divan tutan yarımhərbi və radikal Bəsic və SEPAH qüvvələrinə məxsus qərargah və bazaların yandırılması halları xeyli artıb.

Narazı gənclər bu addımla Xameneyi və hökumət rəsmilərinin repressiv siyasətinə qarşı qəzəblərini bildirirlər.


Etiketlər:  İranda etirazçılar SEPAH bankını yandırdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ