Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Modern köləlik'' İDDİASI - Ukraynalı qadını kim nəyə məcbur edib? - FOTO

''Modern köləlik'' İDDİASI - Ukraynalı qadını kim nəyə məcbur edib? - FOTO

Tarix: 29 Oktyabr 2022 19:24

Ukraynada fevralın 24-də başlayan müharibə milyonlarla insanı ev-eşiyindən didərgin salıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, ölkəni tərk edənlərin sayı 10 milyonu keçib. Macarıstan, Rumıniya, Slovakiya və Moldova müharibədən qaçan ukraynalıların ən çox üz tutduğu ölkələr sırasındadır.

Mart ayından etibarən Britaniya hökuməti "Ukrayna üçün evlər" adlı proqrama start verib, qapılarını on minlərlə müharibə qurbanının üzünə açıb.

Proqram çərçivəsində evlərini ukraynalılara pulsuz açan britaniyalılar ən azı altı ay ərzində ayda 350 funt-sterlinq (təxminən 450 dollar) "təşəkkür ödənişi" alırlar.

Lakin Böyük Britaniyadan gələn bir xəbər hökumətin humanitar layihəsinə kölgə salır.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Böyük Britaniyanın Ukfild bölgəsində yaşayan 42 yaşlı Anna Debenham adlı britaniyalı qadın "müasir köləlik" ittihamı ilə istintaqa cəlb edilib.

Hüquqi səbəblərdən adı açıqlanmayan və bir uşaq anası olan ukraynalı qadın psixi sağlamlıq mütəxəssisi olan Anna Debenhamın evinə yerləşdikdən 3 həftə sonra polisə gedərək şikayət edib.

Ukraynalı qaçqın deyib ki, evinə sığındığı qadın ondan otaqları yığışdırmağı və səliqə-sahman yaratmağı istəyib və bunun müqabilində heç bir ödəniş etməyib.

Anna Debenham isə ona qarşı irəli sürülən ittihamları rədd edərək, evində işləmək üçün birini axtardıqlarını və bu zaman ukraynalı qaçqının profilinə rast gəldiklərini bildirib.

Debenham həftədə 3 gün uşağa baxması şərti ilə ukraynalı qadınla 200 funt sterlinq qarşılığında razılığa gəldiyini deyib: "Əvvəlcə hər şey yaxşı idi, amma sonra özü yaratdığı dağınıqlığı belə təmizləmədi. Məsələn, hər dəfə su içəndə təzə stəkan götürürdü, amma yumurdu. Dəfələrlə dedim ki, bizə kömək etməli, qab-qacaq yumalıdır".

Qadın həmçinin iddia edib ki, evinə gətirdiyi ukraynalı qaçqın onlara heç bir minnətdarlıq etməyib və hörmət göstərməyib.

Susseks polisinin baş müfəttişi Gavin Patç istintaqın ən qısa zamanda tamamlandığını, lakin kifayət qədər dəlil olmadığı üçün heç bir tədbir görülmədiyini bildirib.

Hadisə dünya mətbuatında geniş işıqlandırılıb. Bəzi qəzetlər britaniyalı qadını haqlı hesab etsələr də, bəziləri ukraynalı qaçqının iddialarını "müasir köləlik" başlığı ilə oxucularına təqdim ediblər.

Anna Debenham "Daily Mail"ə bildirib ki, bu hadisə onun həyatında ən pis təcrübə olub və o, britaniyalılara evlərini ukraynalı qaçqınlara açmazdan əvvəl iki dəfə düşünmələri barədə xəbərdarlıq edib.


Etiketlər:  Modern köləlik İDDİASI Ukraynalı qadını nəyə məcbur edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ