Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Siz necə valideynsiniz?'' - Doğuş kövrəldi

''Siz necə valideynsiniz?'' - Doğuş kövrəldi

Tarix: 29 Oktyabr 2022 21:58

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun "Günaydın, Azərbaycan" adlı proqramının bu gün ilk bölümü yayımlanıb.

Verilişdə cütlüyün əkizləri, Hidayətqızının valideynləri və valideyn himayəsindən məhrum olan uşaqlar yer alıb.

Uşaqlardan bir neçəsinin arzusunun analarını görmək olduğunu deməsi Doğuşu kövrəldib.

"Ən həssas yerimdir. Deyirlər, kişi adam ağlamaz. Vicdanlı və mərhəmətli adam ağlayar. Övladınıza necə qıyıb atırsınız? İnana bilmirəm. Övladımın saçının telinə zərər gəlsə, dünyanı dağıdaram. Necə atasınız, anasınız, rahat yatağınızda necə yatırsınız?" deyə, ifaçı bildirib.


Etiketlər:  necə valideynsiniz Doğuş kövrəldi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ