Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2022 19:25
Xalq artisti Brilliant Dadaşova və meyxanaçı Namiq Qaraçuxurlu bir araya gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçılar Naxçıvanda baş tutan konsertdə görüşüblər.
Namiq birlikdə olan fotolarını yayımlayaraq "Qədim Naxçıvandan hər kəsə salamlar" şərhini yazıb.
Qeyd edək ki, Qaraçuxurlu ilə Dadaşova arasındakı qalmaqal 2019-cu ildə Zaur Kamalın verilişində yaşanıb. Proqramda ad gününü qeyd edən Zaura Qaraçuxurlu və Sevil-Sevinc Səfərova bacıları yaşı ilə bağlı sual ünvanlayıblar. Xalq artisti Brilliant Dadaşova proqrama zəng edib və onları qabiliyyətsiz adlandırıb. Müğənninin "Mən o qabiliyyətin sahibi deyiləm. Ayıbdır. Yaşın fərqi yoxdur, təki can sağlığı olsun" sözləri meyxanaçını əsəbiləşdirib. Namiq qarşı tərəfə "Brilliant xanımın yaş kompleksi var" sözlərini söyləyib.