Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı müğənni: ''Atama heç vaxt halallıq verməyəcəyəm''

Azərbaycanlı müğənni: ''Atama heç vaxt halallıq verməyəcəyəm''

Tarix: 31 Oktyabr 2022 22:25

"Atam ölüm ayağında olanda məni çağırdılar ki, gəl halallıq ver. Getmədim, heç vaxt da halallıq verməyəcəyəm. Axirətdə də Allah inşallah məni onunla qarşı-qarşıya qoyar, mən də hesabatımı istəyərəm. Çünki, mənim öz atam yanımda olsaydı, həyatın bəzi üzlərini görməzdim". 

Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bu sözləri müğənni Günel Ələkbərova qonaq olduğu "Ümid ilə gəl" ictimai-sosial verilişində deyib.  

Sənətçi atasına halallıq verməməsinin səbəbini izah edib. 

"O, yanımızda olsaydı, ögey ata əlində böyüməzdim. Anam ailə həyatı qurub, 2 yaşım olanda onlar ayrılıblar. Özü də elə-belə adam da deyil, tanınmış adamdır. Çoxları da tanıyır. Çətin vaxtlarımda, qapıma elçi gələndə yanımda olmayıbsa... Siz mənim yerimdə olsaydınız, halallıq verərdiniz?", - deyə Günel qeyd edib.  


Etiketlər:  Azərbaycanlı müğənni Atama heç vaxt halallıq verməyəcəyəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ