Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Tez bir zamanda Türkiyədə qaz mərkəzi yarada bilərik" - Putin

Tarix: 1 Noyabr 2022 08:52

Türkiyədə qaz qovşağının yaradılması real layihədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə Rusiya, Azərbaycan və Ermənistan başçıları arasında üçtərəfli danışıqlardan sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Türkiyədə çox tez bir zamanda qaz mərkəzi qurula bilər.

"Bütün bunlar Danimarka, İsveç və Almaniyanın müstəsna iqtisadi zonasında baş verdiyi üçün onlara nəzarət etmək bizim üçün çətindir. Bu mənada Türkiyə ilə işləmək bizim üçün daha asandır. Əvvəla, Prezident Rəcəb Tayyib Ərdoğan sözünü tutan adamdır. Onunla hər hansısa məsələdə razılıq əldə etsək, bunu reallaşdıra bilərik",- deyə Putin bildirib.

Rusiya lideri bildirib ki, Qara dənizin sularına nəzarət etmək ölkəsi üçün daha asandır.

Onun sözlərinə görə, Türkiyədə sürətli bir şəkildə qurulacaq qaz mərkəzi üzərindən satışın baş tutmasına şübhə yoxdur.

"Düşünürəm ki, bizim niyə Avropaya qaz nəqli üçün Türkiyədə mümkün qovşaq təklif etdiyimiz aydındır. Çünki avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir. Biz boru kəmərlərinin bombalanması ilə bağlı faciəvi hadisələri də bilirik. Avropalılar, demək olar ki, həmişə olduğu kimi, onların maraqlarına əsaslı zərbə vurdular, buna baxmayaraq, susurlar",- deyə Putin sözlərinə əlavə edib.

Milli.Az


Etiketlər:  Tez bir zamanda Türkiyədə qaz mərkəzi yarada bilərik Putin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ