Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bədbəxt hadisə, yoxsa sui-qəsd?..

Bədbəxt hadisə, yoxsa sui-qəsd?..

Tarix: 1 Noyabr 2022 17:26

Məşhur sovet və rusiyalı şahmatçı və deputat Dövlət Duması yaxınlığında şıkəst olub...
Şahmatçının vəziyyəti ağırdır, süni komaya salınıb...

Məşhur sovet və rusiyalı şahmatçı, "Vahid Rusiya" partiyasından Dövlət Dumasının deputatı, 71yaşlı Anatoli Karpov Moskvada qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Ümumrusiya sahibkarlar hərəkatının sədri Andrey Kovalyovun sözlərinə görə, Karpov ağır vəziyyətdədir, süni komaya salınıb.

Rusiyanın 5-ci federal kanalının məlumatına görə, naməlum şəxslər oktyabrın 29-da şahmatçıya hücum edib. 

"İzvestiya" qəzetinin yazdığına görə, Karpov özü Dövlət Duması yaxınlığında yıxılıb.
Nəşrin həmsöhbətinin sözlərinə görə, deputat huşsuz vəziyyətdə aşkar edilib və Sklifosovski adına elmi-tədqiqat təcili yardım İnstitutuna çatdırılıb.
Şahmatçıda həm də subaraxnoidal qansızma və bud sümüyünün sınığı aşkar edilib.
Travma aldığı zaman şahmat üzrə dünya çempionu sərxoş vəziyyətdə olub.
Karpovun qızı Sofyanın deməsinə görə, atasına heç kim hücum etməyib, bu, bədbəxt hadisədir.


Etiketlər:  Bədbəxt hadisə yoxsa qəsd


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ