Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2022 20:18
Azərbaycanda daha 3 idman qurumunun federasiya statusu dayandırılıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunlar Əlil Arabasında Qılıncoynatma Federasiyası, Motosiklet İdmanı Federasiyası və Miks Martial Arts Federasiyası ictimai birlikləridir.
Əvəzində kollegiyanın qərarı ilə "Azərbaycan Tennis Federasiyası" İB, "Azərbaycan Bilyard Federasiyası" İB, "Azərbaycan Qış İdman Növləri Federasiyası" İB, "Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası" İB və "Azərbaycan Minifutbol Federasiyası" İB-nin akkreditasiyaları təsdiqlənib.
Bununla da, nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, statusu təsdiqlənmiş federasiyaların sayı 34-ə çatıb. Ümumilikdə, 31 federasiyanın isə statusu dayandırılıb.