Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2022 19:10
Futbol üzrə Yaponiya milli komandasının sabiq hücumçusu, 55 yaşının olmasına baxmayaraq, hələ də peşəkar karyerasını davam etdirən Kazuyoşi Miura növbəti dəfə adından söz etdirib.
O, Yaponiya çempionatının dördüncü divizionunda penaltidən fərqlənib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Miura vurduğu qoldan sonra qələbə sevincini özünəməxsus şəkildə qeyd edib.
Qeyd edək ki, 1967-ci il təvəllüdlü Kazuyoşi Miura Yaponiya millisindən əlavə, İtaliyanın "Genoa", Xorvatiyanın "Dinamo" (Zaqreb), Braziliyanın "Santos" kimi məşhur klublarında çıxış edib.