Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Faiz gəlirlərindən vergi tutulurmu?

Faiz gəlirlərindən vergi tutulurmu?

Tarix: 2 Noyabr 2022 21:42

Vergi Məcəlləsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont və faiz gəlirləri də gəlir vergisindən azad edilib.


Etiketlər:  Faiz gəlirlərindən vergi tutulurmu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ