Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2022 23:40
Ukrayna xarici işlər naziri Dmitro Kuleba və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ukraynalı nazir "Twitter" səhifəsində paylaşım edib.
"Ukrayna və Türkiyə liderlərinin danışığına əsasən türkiyəli həmkarımla telefon danışığı apardım. Biz taxıl dəhlizinin fəaliyyətini və ukraynalı məhbusların azad edilməsini təmin etmək üçün gələcək addımları və laqələrimizi müzakirə etdik",- deyə paylaşımda bildirilib.