Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Restorandan 200 min avro dəyərində 132 şüşə şərab oğurlandı - FOTO

Restorandan 200 min avro dəyərində 132 şüşə şərab oğurlandı - FOTO

Tarix: 3 Noyabr 2022 19:02

Naməlum şəxslər İspaniyanın paytaxtında restorandan 200 min avro dəyərində 132 şüşə şərab oğurlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, quldurlar şərabı iki Mişlen ulduzu olan müəssisənin zirzəmisindən götürüblər. Cinayətkarlar həmin vaxt bağlı olan yaxınlıqdakı aptekdən keçərək restorana daxil olublar.

Polis hadisə ilə bağlı araşdırma aparır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bunun sifarişli cinayət olduğundan şübhələnirlər.

Restoranın nümayəndəsi Rafael Sandovalın sözlərinə görə, əvvəlcə cinayətkarlar divarda dəlik açmağa cəhd ediblər. Buna nail olmadıqda, apteklə ümumi olan həyətə düşüblər və zirzəmiyə girmək üçün şüşəni sındırıblar. Oğrular restoranda həyəcan siqnalını söndürməyi də bacarıblar.

Milli.Az


Etiketlər:  Restorandan avro dəyərində şüşə şərab oğurlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ