Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu nişanın tələbinə niyə əməl olunmur? - VİDEO

Bu nişanın tələbinə niyə əməl olunmur? - VİDEO

Tarix: 4 Noyabr 2022 16:14

Bakının Nizami rayonu, Qara Qarayev prospekində ikizolaqlı yolun hər iki tərəfində avtomobillər park edilir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sürücülər həmin yolun hər iki tərəfində yerləşdirilən dayanma və durmanı qadağan edən nişanın tələbinə əməl etmirlər.

Xüsusən də 8-ci kilometr bazarının yaxınlığında avtomobili necə gəldi saxlayan sürücülər həmin ərazidə ikinci bazar yaradırlar.

Çəkiliş apardığımız zaman yol kənarına nəzarət edənlərə də rast gəldik. Avtomobilin park edilməsinə şərait yaradan şəxsə yaxınlaşdıqda and-aman etməyə başladı ki, nəzarətçi deyil.

İşin maraqlı tərəfi bundadır ki, ərazidə 6 mərtəbəli 385 avtomobilin dayanması üçün müasir dayanacaq var. Qiymətlərinə gəldikdə isə parkinq yerindən ''Xəzər Xəbər''ə bildirdilər ki, avtomobilin saxlanması üçün 2 saat-1, 6 saat-2, 12 saat-3, 24 saat üçün isə 4 manatdır.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyib ki, nişanın tələbini pozaraq avtomobili yol kənarında saxlamaq inzibati qayda pozuntusudur.

Onun sözlərinə görə, yol polisi tərəfindən dayanma və durma qaydasını pozanlara qarşı mütəmadi reydlər keçirilir. Qaydaları pozanlar 20-40 manat məbləğində cərimə edilirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Bu nişanın tələbinə niyə əməl olunmur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ