Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

IT Akademiyanın açılması Azərbaycanda sahibkarlığın inkişafına töhfə verəcək - KOBİA

IT Akademiyanın açılması Azərbaycanda sahibkarlığın inkişafına töhfə verəcək - KOBİA

Tarix: 5 Noyabr 2022 16:32

IT Akademiyanın açılması Azərbaycanda sahibkarlığın inkişafına töhfə verəcək.

Bunu bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədr müavini Samir Hümbətov IT Akademiyanın açılışında deyib.

Onun sözlərinə görə, bu layihə ölkənin "rəqəmsal" iqtisadiyyata keçidinin sürətlənməsinə kömək edəcək.

"Biz əminik ki, bu, həm daxili, həm də xarici bazarlarda IT sahəsində rəqbəti artıracaq", - o deyib.

S.Hümbətov əlavə edib ki, agentlik innovativ sahibkarları dəstəkləyir, müxətlif vergilərdən azad edir.

"Biz bundan sonra da təkcə sahibkarlığın deyil, həm də kadr potensialının inkişafına xidmət edən təşəbbüsləri dəstəkləyəcəyik", - S.Hümbətov vurğulayıb.


Etiketlər:  Akademiyanın açılması Azərbaycanda sahibkarlığın inkişafına töhfə verəcək KOBİA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ