Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2022 17:50
Türkiyəli aktrisa Hazar Ergüçlü "Marie Claire" nəşrinə müsahibə verib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, iddialı tərzi ilə tez-tez gündəm olan 30 yaşlı sənətçi sevgilisi Onur Ünlünün onun geyimlərinə münasibəti haqda bunları deyib:
"Onur məni ürəkləndirir. Bəzən mən "çox açıqdırmı" deyə düşünərkən, o məni daha da açıq geyinməyə təhrik edir. Davamlı olaraq transparan libaslar geyinməyimi istəyir".
Qeyd edək ki, H.Ergüçlü "Kuzey Güney" serialındakı "Simay" obrazı ilə populyarlaşıb. Aktrisanın 5 illik sevgilisi Onur Ünlü ondan 18 yaş böyükdür.