Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2019 16:24
Bakı. Trend:
Könüllülük hərəkatının inkişafı çərçivəsində Dövlət Gömrük Komitəsində yaradılmış “Könüllü gömrükçü” dəstəsinin 9 nəfər üzvü Mərkəzi Gömrük Hospitalında 4 aylıq fəaliyyətlərini başa çatdırıblar.
Mərkəzi Gömrük Hospitalından Trend-ə verilən məlumata görə, bu münasibətlə hospitalın baş həkimi Elman Məmmədov könüllü gömrükçüləri Hospitalda uğurla fəaliyyət göstərdiklərinə görə təbrik edib və Hospitalın personalına dəstək olduqlarına görə onlara minnətdarlığını bildirib.
Xatırladaq ki, bu ilin iyun ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sistemində könüllülük fəaliyyəti göstərmək üçün könüllülük hərəkatının inkişafı çərçivəsində Dövlət Gömrük Komitəsində “Könüllü gömrükçü” dəstəsi yaradılmışdır. Gömrük orqanlarında ilkin olaraq 121 nəfər könüllü gömrükçüdən 9 nəfəri iyun ayının 24-dən etibarən Mərkəzi Gömrük Hospitalında könüllülük fəaliyyəti göstərib.
4 ay müddətində könüllü gömrükçülər: Cəlilli Gülşən, Mahmudova Nəfisət, Məmmədzadə Leyla, Nəbiyeva Elnarə, Qardaşova Cəmalə, Quluzadə Billur, Əsgərova Sevil, Hüseynova Elnarə və Əliyev Kənan bir neçə qrupa bölünərək Xəstə xidmətləri, Inzibati Idarərtmə, Cağrı mərkəzində, Sığorta şöbələrində xidmət göstərərək bu işlərin incəliklərinə yiyələniblər.
Biz könüllü gömrükçüləri bu münasibətlə təbrik edir, onlara təhsillərində və işlərində uğurlar arzulayırıq. Ümid edirik ki, könüllü gömrükçülərin Mərkəzi Gömrük Hospitalında əldə etdikləri bilik və bacarıqlar gələcəkdə onların işgüzar karyeralarında lazım olacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin