Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan nazirlərlə iclas keçirəcək

Ərdoğan nazirlərlə iclas keçirəcək

Tarix: 6 Noyabr 2022 19:44

Türkiyə Nazirlər Kabinetinin sabahkı iclasında müzakirə ediləcək mövzular açıqlanıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutacaq toplantıda iqtisadi məsələlər ön planda olacaq.

İclasda TBMM-ə təqdim edilməsi gözlənilən hicab tənzimləməsi ilə bağlı müxalifət partiyalarla təmaslar dəyərləndiriləcək.

Xarici siyasətdə gündəm İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi olacaq. Lakin hər iki ölkə hələ də terrorçuların ekstradisiyası ilə bağlı heç bir addım atmayıb. Noyabrın 8-də Türkiyəyə gələcək İsveç baş nazirinin Ərdoğanla görüşü gözlənilir.

Nazirlər Kabinetində Rusiya-Ukrayna müharibəsi və taxıl böhranının aradan qaldırılması üçün aparılan işlər barədə danışılacaq.


Etiketlər:  Ərdoğan nazirlərlə iclas keçirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ