Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropadan Ukraynaya 18 milyardlıq YARDIM

Avropadan Ukraynaya 18 milyardlıq YARDIM

Tarix: 6 Noyabr 2022 21:18

Gələn həftə Avropa İttifaqı (Aİ) Ukraynaya 2023-cü il üçün 18 milyard avro məbləğində yardım planını təsdiqləyəcək.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen özünün "Twitter" hesabında məlumat yayıb.

"Prezident Volodimir Zelenski ilə telefon danışığı olub. Hadisələrin müsbət inkişafı: gələn həftə biz Ukraynaya 2023-cü il üçün maliyyə dəstəyi planını təklif edəcəyik", - deyə Lyayen bildirib.

Milli.Az


Etiketlər:  Avropadan Ukraynaya 18 milyardlıq YARDIM


RƏYLƏR