Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2022 16:54
ABŞ-da bir kişi törətmədiyi cinayətə görə 30 il həbsdə yatıb və çoxdan gözlənilən azadlığa çıxdıqdan beş ay sonra ölüb.
Sonxeber.net bildirir ki, bu barədə "Daily Mirror" yazıb.
65 yaşlı Klod Frensis Qarret 1993-cü ildə sevgilisi Lori Li Lensi evinə od vuraraq öldürməkdə təqsirli bilinib, lakin məhkəmənin düzgün aparılmadığı aşkar edildikdən sonra may ayında sərbəst buraxılıb. Məlum olub ki, həmin şəxs günahsızdır.
Lensin öldüyü gecə cütlüyün evində yanğın baş verib. Qarret oyanıb, alovları görüb və sevgilisini oyadıb. Onu evin giriş qapısından çıxarmaq istəsə də, qadın təşvişə düşüb arxa tərəfə qaçıb. Nəticədə o, yanğından çıxa bilməyib və ölüb.
Oktyabrın 30-da, həbsdən çıxandan cəmi beş ay sonra Qarret vəfat edib. Jurnalist Liliana Sequranın sözlərinə görə, kişi yuxuda ölüb. O, əlavə edib ki, azadlıqda olduğu bütün aylarda keçmiş məhbus pərəstiş sevdiyi qızı və nəvəsi ilə ünsiyyətdən həzz alıb. "Hələ ki, sözüm yoxdur, bu ürək ağrıdan və dərin ədalətsizlikdir. Klod törətmədiyi cinayətə görə 30 ilini dəmir barmaqlıqlar arxasında keçirdi. O, çox mübarizə apardı", - Sequra yazıb.
İrfan Vəliyev