Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2022 17:45
Amerikalı məşhur müğənni Britni Spirs sağalmaz xəstəliyə tutulub.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu barədə 40 yaşlı sənətçi sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, 3 ildir sinir zədəsinə görə bədən hissələrinin ağrılarından və uyuşmasından əziyyət çəkir.
"Bəzən beyinə kifayət qədər oksigen çatmayanda sinir zədələnir. Bədənimin sağ tərəfində sinir zədəsi var. Bunun Allahdan başqa çarəsi yoxdur. Həftədə üç dəfə yuxudan oyanırdım və əllərimin uyuşduğunu hiss edirdim. Sanki sağ tərəfimə kiçik iynələr batırdı. Bunu qəbul edə bilmədim. Gülməlidir, amma rəqs edəndə ağrı hiss etmirəm".