Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2019 14:44
Bakı. Rufiz Hafizoğlu - Trend:
Livanın paytaxtı Beyrutda yüzlərlə sakin etiraz aksiyası keçirir.
Trend-in məlumatına görə, aksiyaya səbəb aprelin 24-də bir qrup erməni mənşəli sakin tərəfindən Türkiyə bayrağının yandırılması olub.
Etiraz edənlər Türkiyə bayraqları ilə Beyrut küçələri ilə hərəkət edib. Anti-erməni aksiyalarda yeniçəri marşları da səsləndirilir.
Aksiya iştirakçıları Beyrutda yaşayan ermənilərə səslənərək anti-Türkiyə təbliğatını dayandırmağı tələb edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin