Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2022 11:14
Azərbaycanda qadın ölü bildiyi ərindən 22 il sonra xəbər alıb.
Milli,Az manset.az-a istinadən xəbər verir ki, ATV kanalında yayımlanan "Bizimləsən" verilişinə müraciət edən qadın ərindən xəbərsiz olduğunu bildirib. Aparıcı qadının ərinin Rusiyaya getdiyini bildirib.
Qadının əri Fərəcov Suliddin Firidun oğlu uzun illər Sovet pasportu ilə yaşayıb. Sonradan onun ölməsi ilə bağlı sənəd alınıb. Kişinin öldüyü təsəvvürünü yaratmaq üçün onun həyat yoldaşı qaynanasının yasında iştirak etməyə buraxılmayıb.