Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bazar gününün HAVAsı

Bazar gününün HAVAsı

Tarix: 12 Noyabr 2022 12:26

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 8-10° isti, gündüz 13-15° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütununda 764 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-6° isti olacaq.


Etiketlər:  Bazar gününün HAVAsı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ