Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Formula 1'' üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər

''Formula 1'' üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər

Tarix: 12 Noyabr 2022 16:24

"Formula 1" üzrə 2023-cü il Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, buna səbəb yarışın Çin mərhələsinin təşkilinin sual altına düşməsidir. Şanxay trasında keçirilən Qran-prinin ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsinə görə təxirə salınacağı istisna olunmur.

Bu baş verərsə, Çin Qran-prisindən əvvəlki və sonrakı yarışlar arasında 4 həftəlik fasilə yaranacaq. Bu isə təşkilatçılara sərf etmir. Məhz həmin fasiləni 3 həftəyə endirmək üçün Azərbaycan Qran-prisi nəzərdə tutulan vaxtdan 1 həftə tez keçirlə bilər.

Qeyd edək ki, "Formula 1"in rəsmi saytının açıqladığı təqvimdə Bakıdakı yarışın 28 - 30 apreldə olacağı göstərilib.


Etiketlər:  Formula üzrə Azərbaycan Qran prisinin vaxtı dəyişdirilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ