Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2022 18:58
Rusiyada, Dmitrovda "Peugeot" markalı yük avtomobilində olan kişi qadını vuraraq öldürüb, bundan sonra da qaçmağa çalışıb.
Sonxeber.net bildirir ki, qəza anı "SHOT" Telegram kanalı tərəfindən paylaşılıb.
Kadrlarda qadının səki ilə necə getdiyi, bir anda qazonla hərəkət edən yük maşınının üstündən keçməsi görünüb. Sonra "Peugeot" sürücüsü avtomobilindən düşüb və qapını açıq qoyaraq zərərçəkənə kömək etmədən qaçaraq taksiyə minib.
Qəza cümə günü, noyabrın 11-i səhər saat 7 radələrində baş verib. Maşın Markov küçəsində həyətdən çıxıb. 47 yaşlı qadın yerindəcə keçinib.
Kişi qaça bilməyib - onu saxlayıblar. O, qəza zamanı sərxoş olub.
İrfan Vəliyev