Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karnaval iştirakçılarının maşınla üstündən keçdilər

Karnaval iştirakçılarının maşınla üstündən keçdilər

Tarix: 13 Noyabr 2022 12:48

Noyabrın 12-də axşam ABŞ Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən küçə karnavalının iştirakçılarını avtomobilin vurması nəticəsində 6 nəfər xəsarət alıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə metropolun yanğınsöndürmə idarəsi məlumat yayıb.

"Los Angeles Times"ın məlumatına görə, karnavalda yüzlərlə insan iştirak edib və onlardan bəziləri olaydan sonra ərazidən qaçmağa məcbur olub. Polisin məlumatına görə, "Porsche Cayenne" markalı avtomobilin sürücüsü kortej iştirakçılarını vurub. O, polis onu saxlayana qədər hadisə yerindən qaçıb, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxsin avtomobilini tapmağa nail olublar.


Etiketlər:  Karnaval iştirakçılarının maşınla üstündən keçdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ