Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2022 10:56
Bakıda bina söküntüsü ilə əlaqədar bağlanan yol açılıb.
Bu barədə Sonxeber.net-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, Yusif Səfərov küçəsinin başlanğıcında yaşayış binasının söküntüsü ilə bağlı hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə Cavanşir körpüsünün altından geri dönmə müvəqqəti məhdudlaşdırılıb: "Hazırda söküntü işlər başa çatdığından körpünün altından geri dönmə bərpa olunub".