Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Amazon 10 min işçisini ixtisar edir

Amazon 10 min işçisini ixtisar edir

Tarix: 15 Noyabr 2022 07:16

Onlayn ticarət bazarının böyük şirkəti olan Amazon gələn həftə işçilərinin bir hissəsini ixtisar etməyi planlaşdırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu isə 10 000 nəfər işçi (işçilərin 3%-i) deməkdir.

Şirkət öncə texniki şöbənin əməkdaşlarını, sonra kadrlar və satış şöbəsinin işçilərini işdən azad edəcək.

Ümumiyyətlə, iki ildə Amazonda işləyənlərin sayı iki dəfə artsa da, şirkətin gəlirləri azalıb.

Qeyd edək ki, ötən həftə də Meta şirkəti işçilərinin 13%-ni və ya 11 min nəfəri ixtisar edəcəyini açıqlayıb. Sonra məlum olub ki, tviter sosial şəbəkəsini alan amerikalı sahibkar İlon Mask bir nəfərdən başqa şirkətin rabitə şöbəsinin bütün işçilərini işdən çıxarıb.

Milli.Az


Etiketlər:  Amazon 10 min işçisini ixtisar edir


RƏYLƏR