Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

PKK lideri İstanbul teraktını öncədən demişdi - VİDEO

PKK lideri İstanbul teraktını öncədən demişdi - VİDEO

Tarix: 15 Noyabr 2022 18:40

Türkiyənin İstanbul şəhərində noyabrın 13-də törədilən terror aktı bir neçə ay öncədən planlaşdırılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə PKK terror təşkilatının liderlərindən biri Duran Kalkanın təşkilatın televiziyasına müsahibəsindən bəlli olub.

Belə ki, terrorçuların lideri heç kəsin gözləmədiyi anda və yerdə hücumun olacağını bildirib. Hücumun təkcə cəbhələrdə deyil, Türkiyənin hər yerində olacağını deyib.

O, hər yerin döyüş meydanı olduğunu və xüsusilə, noyabr ayında terror aktı törədəcəklərinə işarə edib.

Qeyd edək ki, İstanbulun İstiqlal küçəsindəki terakt nəticəsində 6 nəfər həlak olub, 81-i isə yaralanıb.

Milli.Az


Etiketlər:  PKK lideri İstanbul teraktını öncədən demişdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ