Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''7 oyuna 11 xal bizi qane edir'' - Tərlan Əhmədov

''7 oyuna 11 xal bizi qane edir'' -  Tərlan Əhmədov

Tarix: 5 Oktyabr 2019 19:44

"Zirə" ilə oyundan fərqli olaraq, bu görüşün ilk hissəsində bir az arxayınlıq vardı. İkinci hissədə hər iki komanda baxımlı oyun sərgilədi. Bərabərlik ədalətli nəticə oldu".
 
Qol.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 7-ci turunda bu gün "Sumqayıt"la keçirilən görüşdən sonra mətbuat konfransında deyib.

O, qolsuz başa çatan matçı belə şərh edib: "Komandamın mübarizəsindən razı qaldım. Bizim vaxtımız az idi. Hazırlıq üçün 4 gün vaxtımız vardı. Buna baxmayaraq, komandam normal çıxış etdi. Hücumdakı çıxışımız çox da ürəyimcə olmadı. Sezarın yüngül zədəsinin olması bizə irəliyə çıxmaqda mane olurdu. İlk hissədə külək bir az güclü idi. Ancaq bunu bəhanə etmirəm. "Sumqayıt"ın ilk dəqiqələrdən təzyiq göstərəcəyini bilirdim. Onlar bu meydanda yaxşı oynayırlar. İlk dövrədə 7 oyuna 11 xal topladıq, amma bu nəticə daha yaxşı ola bilərdi. İstənilən halda bu, bizi qane edir. Səhvlərimizdən düzgün nəticə çıxarmalı, fasiləni yaxşı dəyərləndirməliyik. 11 xal ilk dövrə üçün normaldır”.
 


Etiketlər:  oyuna bizi qane edir Tərlan Əhmədov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ