Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Marsdan gəldiyini deyən gənclə bağlı iddia - Anası ilə birgə... - FOTO

Marsdan gəldiyini deyən gənclə bağlı iddia - Anası ilə birgə... - FOTO

Tarix: 16 Noyabr 2022 20:20

Marsda anadan olduğunu deməklə bir müddət əvvəl dünyanın gündəmini zəbt edən Boriska Kipriyanoviç adlı şəxs yoxa çıxıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Boriska Kipriyanoviç və onun anasının harada olduğu məlum deyil. Əvvəllər Volqoqrad şəhərində yaşayan rusiyalı, Marsda iki qrup arasında baş verən nüvə müharibəsindən sağ çıxaraq Rusiyaya gəldiyini irəli sürmüşdü. O, Marsda ciddi tələfatın olduğunu qeyd edərək, bəzi insanların sağ qaldığını irəli sürmüşdü. Gəncin indi harada yaşadığı məlum olmasa da, bəzi mənbələr onun və anasının dövlət mühafizəsi altında naməlum yerə yaşadığını irəli sürüb.

Qeyd edək ki, Boriska Kipriyanoviçin anası övladının hələ bir neçə aylıq olarkən danışmağa başladığını açıqlamışdı. Boriska Kipriyanoviç özü isə dünyanı xilas etməyə gəldiyini demişdi.

Milli.Az


Etiketlər:  Marsdan gəldiyini deyən gənclə bağlı iddia Anası ilə birgə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ