Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2022 23:36
Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) mirası açıqlanıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, gitara ifaçısının həyat yoldaşı Gülü (Gülşən Hüseynova) bütün mülkün ona qaldığını bildirib:
"Rəmişin ilk həyat yoldaşından iki qız övladı var. Onunla 1974-cü ildə boşandı. Bu da onların ailə söhbətidir, heç kim qarışa bilməz. O evlilikdən 4 il sonra 1978-ci ildə mənimlə rəsmi ailə qurdu. Bizim nikah şəhadətnaməmiz və dini kəbinimiz də var. Mən Rəmişin halal ikinci həyat yoldaşıyam. Rəmişin hər şeyi mənim adımadır. O, neçə il öncə hər şeyi mənə hədiyyə etdi. Maşını, evi və hər şeyi mənim adıma keçirdi. Onun mirasından heç kim pay istəyə bilməz.
Ona evi də mənimlə evli olan müddətdə - 2009-cu ildə möhtərəm Prezidentimiz hədiyyə edib. Rəmiş də evi mənə hədiyyə etdi. Hədiyyə də heç bir zaman bölünə bilməz, bölünmür də. Bizdə hər şey qanun çərçivəsindədir. Qanundan kənar iş görmürük. Hər şey hüquq müstəvisində həll olunub. Qanuni yolla mənimdir".