Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dövlət başçısı: Dünən də Prezident Putinlə mühüm məsələlər barədə danışmaq imkanımız olub

Dövlət başçısı: Dünən də Prezident Putinlə mühüm məsələlər barədə danışmaq imkanımız olub

Tarix: 18 Noyabr 2022 12:57

"Bu ilin əvvəlindən Prezident Vladimir Vladimiroviç Putin ilə biz münasibətlərimizə yaxşı ton, yeni dinamika verdik və il ərzində dəfələrlə görüşdük".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü zamanı bildirib.

"Dünən də ikitərəfli gündəliyə aid mühüm məsələlər barədə telefonla danışmaq imkanımız olub. Beləliklə, necə deyərlər, prezidentlər münasibətlərimizin bütün spektrini müəyyən edir. Əlbəttə, bütün müvafiq strukturlar da bu istiqamətdə fəaliyyət göstərir. Biz çox şadıq ki, qarşılıqlı ticarətin həcmi pandemiyadan əvvəlki səviyyəyə çatır və əminəm ki, bu dinamizm qorunub saxlanacaq. Ona görə ki, bu gün, o cümlədən sizin səfəriniz çərçivəsində müzakirələr qarşılıqlı ticarət potensialını artırmağa şərait yaradacaq" - deyə, Dövlət başçısı qeyd edib.

Milli.Az


Etiketlər:  Dövlət başçısı Dünən Prezident Putinlə mühüm məsələlər barədə danışmaq imkanımız olub


RƏYLƏR