Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biz müharibəni uduzduq, çox ağrılıdır - Meduza

Biz müharibəni uduzduq, çox ağrılıdır - Meduza

Tarix: 18 Noyabr 2022 14:32

Xerson şəhərindən geri çəkilmə Rusiya elitası üçün çox ağrılı olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Meduza" nəşri məlumat yayıb.

"Prezident Vladimir Putinin ətrafından olan sahibkarlardan birinin yaxını isə vəziyyəti daha sərt şəkildə ifadə edib: "Belə anlaşıldı ki, biz əsl müharibəni uduzmuşuq. İnsanlar artıq necə yaşayacaqları, gələcəkdə hansı yeri tutacaqlarını fikirləşməyə başlayıblar", - nəşr bildirib.

Vahid Rusiya Partiyasın regional bölmələrindən birinin rəhbəri "Meduza"ya bildirib ki, Xersondakı geri çəkilmə biabırçılıq və dövlətdəki xaosun nəticəsidir.

Nəşr qeyd edib ki, bütün bunlara baxmayaraq, Rusiya Prezident Administrasiyasında hələ də vəziyyətə optimist yanaşanlar var:

"Kremldə hələ də Qərbdə ucuz enerjiyə ehtiyac üzündən Ukraynaya dəstək konsensusunun dağılacağına ümid edirlər. Üstəlik, Kremldə səfərbərlik nəticəsində bir neçə aydan sonra Rusiya ordusunun döyüş qabiliyyətinin artacağına və cəbhədə vəziyyətin dəyişiləcəyinə inanırlar".

Milli.Az


Etiketlər:  müharibəni uduzduq çox ağrılıdır Meduza


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ