Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Valideynləri Ramalın bu görünüşünə etiraz etdi - FOTO

Valideynləri Ramalın bu görünüşünə etiraz etdi - FOTO

Tarix: 19 Noyabr 2022 15:20

"Evdəkilər tənqid etdilər, küsdüm. dedilər, bunu belə etmə. Sənətdəyəmsə, geyinəcəyəm də, saçımı da dəyişəcəm, performanslar da göstərəcəyəm. Bu tərz və saçımla tədbirə gedirəm, analar, bacılar alqışlayır, deyir, belə ol. Gəlib evdə anama deyirəm ki, görürsən tərifləyirlər".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Ramal İsrafilov "Günün sədası" proqramında deyib. Saçlarını sarıya boyatdıran və geyim tərzini dəyişən Ramal ailəsinin onu tənqid etdiyini söyləyib.

Ramal bir çoxlarından incidiyini söyləyib və "Haqqımda çox mənfi rəylər yaydılar: tənbəldir, gəlmir. Aparıcılar təqdim edəndə deyirdi ki, yatır, gəlmir. Cavab verirdim ki, verilişinə gəlmədim? Gənclikdə çılğınlıq olur. Bu sözlər bəzi adamlara sərf edirdi. Mən də insanam, küsürəm. Pianoya yaxın dura bilmirəm, səhnəyə çıxmıram. Özümə gəlmək üçün zaman lazım gəlir. Anamın, atamın sözü mənə təsir edir" sözlərini əlavə edib.


Etiketlər:  Valideynləri Ramalın görünüşünə etiraz etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ