Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hər yağışdan sonra evi gölməçə olur - Evində çəkmə ilə gəzir - VİDEO

Hər yağışdan sonra evi gölməçə olur - Evində çəkmə ilə gəzir - VİDEO

Tarix: 19 Noyabr 2022 16:58

Yağışlardan sonra I Qarabağ qazisi Aslan Qurbanovun evi çirkab su ilə dolub. Yaşadığı evin acınacaqlı durumu ilə bağlı bizim.media-ya müraciət edən şikayətçi 3 ildir eyni problemlə üz-üzə qaldığını bildirib.

Vətəndaşın sözlərinə görə Abşeron rayonu Şamaxı yolu "At yalı" deyilən ərazidə yerləşən evi hər yağışdan sonra gölməçə olur.

Səbəb evin yaxınlığında olan su kanalının qamışlıqla əhatələndiyi üçün tıxanması və kanalizasiya sularının evə dolmasıdır:

"Evi 1997-ci ildə tikmişəm. 22 ildir ki, belə bir problem olmayıb. Amma 3 ildir zülmdəyəm Evdə çəkmə ilə gəzirəm. Bütün əşyalarım sıradan çıxıb. Həyat yoldaşımdan boşanmışam, ayrı qalır. Evimdə bir günüm belə rahat keçməyib. Məcbur qalıb avtomobilimdə gecələyirəm. Dərdimi kimə deyirəm, əncam çəkən yoxdur. Artıq həyatımdan bezmişəm və intihar həddinə çatdırılmışam. Özüm və oğlum Qarabağ müharibəsin də döyüşmüş adamlarıq. Bu qədər də etinasızlıq və hörmətsizlik olmaz axı..."

Aslan Qurbanov problemi ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə, Hökməli bələdiyyəsinə, Abşeron rayon Sukanal İdarəsinə, hətta "Azərsu" ASC-yə dəfələrlə müraciətlər etdiyini deyib. Amma heç bir qurum məsələni yoluna qoymaq üçün hərəkətə keçməyib. 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Bizim.Media-ya açıqlamasında sözügedən məsələnin çözümünün onların səlahiyyətində olmadığını vurğulayıb:

"Qeyd olunan ərazidə bizim infrastrukturumuz yoxdur və biz xidmət göstərmirik. Məncə, vətəndaş Abşeron Rayon İcra Hakimiyyətinin Fövqəladə hallar komissiyasına və bələdiyyəyə müraciət etməlidir. Orada bizim xəttimiz olsaydı, işləmsəydi problemi aradan qaldırardıq. Amma orada qamışlıq varsa, bütün evlərin suyu ora tökülür, yağış olanda isə vətəndaşın evinə dolur. Bizlik bir şey yoxdur".

Abşeron Rayon İcra Hakimiyyətinin rəsmisi Seymur Qasımov isə məsələni araşdırandan sonra açıqlama verəcəklərini qeyd edib. 

Qeyd edək ki, Aslan Qurbanov su altında olan evinin görüntülərini də Bizim.Media-ya göndərib.

Həmin görüntüləri  təqdim edirik:

Milli.Az


Etiketlər:  Hər yağışdan sonra evi gölməçə olur Evində çəkmə ilə gəzir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ